Türkiyəli aktrisa Melis Sezen “Turkcell” ilə olan müqaviləsini iki il daha uzadıb.
Lent.az xəbər verir ki, aktrisa “Turkcell”in siması kimi böyük uğur əldə edib. Buna görə də müqaviləsini uzatmaq qərarına gəlib.
Diqqətçəkən əsas məsələ isə sözləşmənin 15 milyon lirə (təxminən 1 milyon 370 min manat) dəyərində olmasıdır.
Qeyd edək ki, aktrisa əsasən “Sadakatsiz” serialındakı Derin obrazı ilə məşhurlaşıb.