"Moskvada konsert vermək çətindir. düzdür, Azərbaycanda da çətindir, amma Rusiyada bunu ona vurun".
Lent.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva "Həmin Zaur" proqramında deyib. Muğam ifaçısı Moskvada verdiyi konsertə bütün pullarını xərclədiyini söyləyib:
"Sponsor özüm oldum. Bütün maddi gücümü həmin konsertə qoydum, pulumu ora xərclədim. Bircə nəfər mənə yardım etdi, o da maddi yox. Musiqiçiləri otelə yerləşdirdi. Qələbə konserti idi. Deyirdim ki, ilk qələbə konsertini özüm edəcəm. Pandemiyadan sonra heç Moskvada konsert olmamışdı. Bütün pulumu orada xərclədim".