Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin səhhəti yaxşılaşmır.
Bu barədə Lent.az-a açıqlamasında ifaçının oğlu deyib.
O, bildirib ki, atası həkimlərin nəzarətindədir: “Atamın vəziyyətində ciddi dəyişiklik yoxdur. Hələ də süni nəfəs aparatındadır. Həkimlərin nəzarətindədir. Qızdırması olmur. Vəziyyəti tam yaxşı sayılmır. İnşallah yaxşı olar”.
Qeyd edək ki, koronavirusa yoluxan Səyyad Əlizadə bir neçə gün öncə Mərkəzi Gömrük Hospitalına yerləşdirilib və EKMO cihazına qoşulub.