Tanınmış müğənni Sevda Ələkbərzadə Laçına gedib.
Lent.az xəbər verir ki, gedişinin məqsədi oxuduğu məşhur "Laçın" mahnısına klip çəkdirməsidir.
O, sosial media hesabında video paylaşaraq, ""Laçın”, səni Laçında oxuyuram. Bu inanılmazdır, amma bu, belədir. İndi bilirəm niyə uzun illərdir bu mahnıya klip çəkilmirdi, qismət bu günə imiş" - qeydini yazıb.
Onun bu paylaşımına izləyicilər "Sən Laçına qovuşdun, şirin-şirin dil ilə", "Artıq ayrıldım yox, qovuşdum deməlisən", "Can, Laçın" və s. kimi müsbət şərhlər yazıblar.
Görüntüləri təqdim edirik: