Türkiyənin pop ulduzu Serdar Ortaçın ötən gün verilişlərdən birində eşq münasibətlə bağlı verdiyi açıqlama gündəm olub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Chloe Loughnan ilə evlənməzdən əvvəl litvalı qızla 7 ay eşq yaşayan müğənni başına gələn inanılmaz hadisəni ilk dəfə açıqlayıb.
O, hadisəni belə nəql edib:
“Ailə qurmamışdan əvvəl litvalı bir sevgilim var idi. 6-7 aydır bir yerdəyik. Səhər yuxudan oyandıq, yatağın döşəyinin altında şişlik olduğunu hiss etdim. Qız hamama girdi. Döşəyi qaldırdım, gündəliyi gördüm. Qız gündəlik yazırmış. Gündəliyi açdım, Litva dilində yazı idi. Dedim ki, bunları tərcümə etmiş olsam, nə yazdığını başa düşə bilərəm. Fotosunu çəkdim və ertəsi gün türkcəyə çevirdim.
Aydın oldu ki, gündəliyin üçüncü səhifəsi mənimlə bağlıdır:
“Mənim burada nə işim var? Evimdən uzaqda, burada nə işim var? Niyə 6 aydır bu adamın yanındayam? Allah kömək olsun.” deyə qız yazıb.
Get Litvaya, hara gedirsən get! Amma bunu yazma. Düşünmürəm aldadılmışam. Aldatmaqdan da pisdir. Qız deyir ki, mənim burda nə işim var? Yeddi aydır ki, mənim qoynumdasan! Bu sözləri niyə yazırsan axı. Bunu üzümə desəydi, yaxşı olardı. Əl sıxıb deyəcəkdim ki, mənə verdiyin hər şey üçün çox sağ ol, sevgilim. Və sağollaşacaqdım, amma belə etməyi düz deyildi”.