Dünya şöhrətli kolumbiyalı müğənni Şakira uzun müddətdən sonra övladları ilə görüntülənib.
Lent.az xəbər verir ki, o, oğulları Saşa və Milan ilə birlikdə Nyu-Yorkdakı havalimanında jurnalistlərin kameralarına tuş gəlib.
46 yaşlı müğənninin əynindəki qızılgüllərdən ibarət gödəkçə və papağı diqqətdən də yayınmayıb.
Qeyd edək ki, Şakira ötən il övladlarının atası - ispaniyalı futbolçu Jerar Pikedən xəyanətə görə qalmaqallı şəkildə ayrılıb.