Şakiradan sonra Pikenin 23 yaşlı SEVGİLİSİ
12 avqust 2022 21:21 (UTC +04:00)

Şakiradan sonra Pikenin 23 yaşlı SEVGİLİSİ

"Barselona"nın müdafiəçisi Jerar Pikenin yeni sevgilisi ortaya çıxıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Pikenin dünya şöhrətli müğənni Şakiradan ayrıldıqdan sonra adı daha bir qadınla hallanır.

Futbolçunun sahibi olduğu "Kosmos" agentliyində işləyən 23 yaşlı tələbə Klara Çia Marti ilə münasibətdə olduğu iddia olunub. 

Yaxın dostlarının dediyinə görə, onlar bir neçə aydır ki görüşürmüş. Bu münasibətin Şakiranın Pikedən ayrılmasından əvvəl başlayıb-başlamadığı isə məlum deyil.

Xatırladaq ki, bir müddət əvvəl cütlüyün ayrılmasına səbəb Pikenin ifaçıya komanda yoldaşı Qavinin anası ilə xəyanət etməsi olub. Bundan başqa, Pikenin brazilyalı model Suzi Kortezlə də yazışdığı iddia olunub.

Şakira və Pike 11 illik evliliklərindən iki oğlu - 9 yaşlı Milan və 7 yaşlı Saşa adlı övladları var.
 

# 3258
avatar

Oxşar yazılar