Sağ olan atasına ÖLÜB DEDİ - Azərbaycanlı müğənni
02 may 2022 12:28 (UTC +04:00)

Sağ olan atasına ÖLÜB DEDİ - Azərbaycanlı müğənni

Müğənni Vəfa Şərifova sağ olan atasının rəhmətə getdiyini söyləyib. 

Lent.az xəbər verir ki, bu haqda "Həmin Zaur" verilişində danışılıb. Aparıcı Zaur Kamal ondan atasını soruşub. 

Vəfa "Atam rəhmətə gedib" cavabını verib. Zaur isə yalan danışdığını, atasının sağ olduğunu açıqlayıb. Bundan sonra Vəfa atasının onları uşaqlıqdan atdığını bildirib:

"Anam rəhmətə gedəndən sonra atam evlənib. Bacım və qardaşıma atam, mənə nənəm baxıb. Ögey anam bacı və qardaşıma da baxmadığı üçün nənəm gətirib. O vaxtdan mənə dedilər ki, atan rəhmətə gedib. Mən də demişəm, Allah rəhmət eləsin.

Bağışlaya bilmirəm. Mənim üçün bacım, qardaşım, ailəmdir əsas. Onlar bacıma, qardaşıma elə zülm veriblər ki...

Heç vaxt atamı görməmişəm, şəklini də görməmişəm".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4965
avatar

Yalçın UĞUR

Oxşar yazılar