Məşhur müğənni Rihannanın sevgilisi, tanınmış repçi ASAP Rocky barədə şok iddia yayılıb.
Lent.az xəbər verir ki, 2021-ci ildə keçmiş dostu, həmkarı ASAP Rellini güllələməkdə ittiham olunan repçi məhkəmə qarşısına çıxacaq.
Məlumata görə, ASAP Rocky ləqəbi ilə tanınan Rakhim Atelaston Myers martın 14-də Los-Anceles şəhər cinayət məhkəməsində iştirak etməli idi. Lakin repçi məhkəməyə gəlməyib.
Məhkəmənin vaxtı uzadılıb. Bildirilir ki, repçi təqsirli bilinərsə, onu dörd ilə qədər həbs cəzası gözləyir.