Rəşad Dağlının ailəsindən  MÜRACİƏT:   "Adımızdan pul yığırlar"
05 aprel 2023 16:48 (UTC +04:00)

Rəşad Dağlının ailəsindən MÜRACİƏT: "Adımızdan pul yığırlar"

0

Həbs edilən meyxanaçı Rəşad Dağlının ailəsi izləyicilərə müraciət edib.

Lent.az xəbər verir ki, sənətçinin oğlu instaqram səhifəsində etdiyi paylaşımda onların adından dələduzluq edildiyini bildirib. Meyxanaçının oğlu Yusif onun adından TikTok-da səhifə açılıb, pul yığıldığını qeyd edib:

"Xahiş edirəm, diqqətli olun. İstəmirəm kimisə aldatsınlar, adımdan pul yığsınlar. Əgər canlı yayım açsam, üzümü göstərəcəyəm və elə danışacağam".

O bildirib ki, açılan profildə canlı yayım zamanı onlara aid olan videolar göstərilir. 

Qeyd edək ki, Rəşad Dağlı ötən il noyabrın 9-da qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2572

Oxşar yazılar