Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) səhhəti barədə həyat yoldaşı Gülü xanım danışıb. Lent.az-ın məlumatına görə, Gülü bildirib ki, mətbuatda yazılanlar həqiqəti əks etdirmir, Rəmiş koronavirusa yoluxmayıb:
"Rəmiş koronavirusa yoluxmayıb. Onun sənətindən danışın. Rəmiş öldü, qaldı, kimə nə? Şəhidlərdən danışın".
Daha sonra gitara ifaçısı sosial şəbəkədə "Hamıya can sağlığı diləyirəm. Məndən narahat olmayın. Səhhətimdən olmayan şeylər yazılmasın" sözlərini əlavə edib.