Dj Fateh, "Pantural"
14 iyul 2021 09:20 (UTC +04:00)

Dj Fateh, "Pantural"

"Qadına şapalaq vurmaq lazımdır" sözünə ƏSƏBİLƏŞDİ

“Pantural” kimi təqdim edən Tural Səfərov ictimai yerlərdə qadınlara qarşı seksual xarakterli zorakılıq əlamətləri törətməyə çağırış etməsi cavabsız qalmayıb. Lent.az-ın məlumatına görə, 
 “İctimai radio” “Manpası” verilişinin aparıcısı DJ Fateh  “Pantural”lın çıxışını radioda mövzu kimi qoyub. Telefonla zəng edən şəxs “Pantural”ı müdafiə edib. Bu isə Fatehin xoşuna gəlməyib:

“Kimin ixtiyarı var ki, o cür geyinmək olmaz desin? Əgər sən rahatlıqla o cür geyinmək olmaz deyirsənsə, icazə ver, mən də deyim, bu cür düşünmək də olmaz. Belə düşünmək və bunu radioda milyonlarla dinləyiciyə təbliğ etmək olmaz. Sənə danışmaq olmaz. Sən danışanda məni qıcıqlandırır bu. Şortik getinən qadınların hiss etdiyini hiss et. Bu, səni də qıcıqlandırsın. Zəng edə bilərsən, ama danışmaq olmaz sənə. “Sus” deyirəm sənə”.

Qeyd edək ki, “Pantural” videosunda açıq-saçıq geyinən qadınların kişiləri narahat etdiyini demişdi:
“Sən diskomfort yaşadırsan. Şüur bizə verilib ki, nəfsimizə qalib gələk. Buna görə də siz küçədə salamat gəzə bilirsiniz. Başınızı üzmürük, ya da şapalaq vurmuruq, amma vurmaq lazımdır”. 
O, bu sözlərdən sonra üzr istəmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6906
avatar

Yalçın UĞUR

Oxşar yazılar