Amerikalı "pop diva" Çer Malibu şəhərindəki malikanəsini 75 milyon dollara satışa çıxarıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Venesiya üslublu ev uçurumlu təpələrin üstündə yerləşir.
Ətrafda xurma meşəsi və Sakit okeanın mənzərəsi görünür. Hündür divarların arxasında, iki hektara yaxın ərazidə nəhəng hovuz və tennis kortu var. 1200 kvadratmetr sahəsi olan üç mərtəbəli Renessans üslublu malikanədə yeddi yataq otağı, idman zalı, teatr, həmçinin meditasiya otağı və iki soyunma otağı da mövcuddur.
Villanın ən qeyri-adi otağı isə pariklərlə dolu olandır.
Fotoları təqdim edirik: