“Kurtlar Vadisi” serilaında "Polat Alemdar" obrazı ilə məşhurlaşan türkiyəli aktyor Necati Şaşmaz 2012-ci il dekabrın 12-də ailə həyatı qurduğu Nagehan Şaşmazdan boşanıb.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, cütlüyün 8 və 4 yaşlarında iki övladı var.
Məhkəmənin qərarı ilə aktyor övladlarına ayda 16 min TL (3 200 AZN) aliment ödəyəcək.
Nagehan Şaşmaz 2019-cu ilin fevralında məhkəməyə müraciət edib. O, 2 uşağına görə həyat yoldaşından 10 milyon türk lirəsi təzminat tələb edib. Qadın iddia edir ki, əri ona psixoloji və fiziki təzyiqlər edib, zorakılığa məruz qalıb. Və buna görə də əlavə 20 milyon lirə təzminat istəyirmiş.
Məlumata görə, Nagehan Şaşmaz ərindən 60 min lirə aylıq aliment tələb edib.