Nadir Fatimə barədə danışdı: "Onu... "  - VİDEO
24 noyabr 2021 10:25 (UTC +04:00)

Nadir Fatimə barədə danışdı: "Onu... " - VİDEO

Müğənni Nadir Qafarzadə qalmaqalda olduğu rəqqasə Fatimə Fətəliyeva barədə danışıb.

Lent.az-ın məlumatına görə, ifaçı "Həmin Zaur" verilişində bildirib ki, rəqqasəni oğlunun toyuna çağırmayacaq. Proqramda fotolar nümayiş etdirilib və "Onlardan hansını toya çağırmayacaqsan" sualı ünvanlanıb.

Nadir "Faiq Ağayev artıq dəvət olunub. Fatimə olmayacaq. Tez küsür, özündən gedir. Onun özünə də demişəm. Elə bir xırda şeydir ki, fikrində saxlayır. Deyirəm, Fatimə olmaz. Cavab verir ki, dəyişə bilmərəm. Deyirəm, dəyişməlisən, artıq nənəsən" sözlərini söyləyib.

Fatimə Nadirin bu açıqlamasını paylaşaraq, onu təbrik edib.

Nadirlə Fatimə arasında qalmaqal ifaçının fəxri ad istəməsi ilə bağlı açıqlaması olub. Nadirin bu iddiasını fatimə ələ salmışdı.

Xatırladaq ki, Qafarzadənin oğlu Loğman dekabrın 20-də Əntiqə adlı xanımla ailə quracaq.

# 4815
avatar

Oxşar yazılar