"Hesab edirəm ki, lüks düşkünlüyü mənəvi kasıblıqdan irəli gəlir. El arasında "görməmişlik" deyirlər. Görmüsənsə, həyatda daha yüksək, mənəvi şeylər səni maraqlandırır".
Lent..az xəbər verir ki, bu fikirləri müğənni-bəstəkar Murad Arif sosial şəbəkə hesabından paylaşıb.
"İmkan nədir. Rahatlıq. Ev, maşın, bağ rahatlıq üçündür. Varsa, gözəldir. Yoxdur, işlə qazan. Amma bütün canını daha çox qazanmağa fəda etmək, hər gün özünü daha bahalı göstərmək, marka düşkünlüyü, varını dayanmadan gözə soxmaq, qızıl unitaza gətirib çıxardır. Bütün günü dilənib, oğurluq edib, qızıl zəncir taxan adamları xatırlayın. Var-dövlətini nümayiş etmək, pis tondur, etiket və səviyyə problemidir" deyə, sənətçi sözlərinə davam edib.