Tanınmış müğənni Elton Hüseynəliyevin anası vəfat edib.
Bu barədə Lent.az-a açıqlamasında ifaçının həyat yoldaşı, prodüser Tamilla xanım bildirib. Onun sözlərinə görə, müğənninin anası gecə dünyasını dəyişib:
"Şura xanım ağır mədə xərçəngindən əziyyət çəkirdi. Gecə dünyasını dəyişdi və bu gün torpağa tapşırıldı. Ruhu şad olsun".