Müğənni Elnarə Xəlilova qızı izləyicilərindən qızı üçün dua etmələrini istəyib.
Lent.az xəbər verir ki, o bu barədə “instagram” hesabında paylaşım edib.
Müğənni qızının buraxılış imtahanı verdiyini bildirib:
"Bu gün mənim gözümün işığı, evimin yaraşığı, biricik eşqim Burlaxatun buraxılış imtahanı verir. Allahım, dünyaya gələndə pişik balası boyda idin, nə tez böyüdün sən? Allah bu gün bütün imtahan verənlərin zehnini açıq etsin, İnşallah, mənim balam da içində. Dualarınızı əsirgəməyin, dostlar. Həqiqətən çox ehtiyacım var".
Xatırladaq ki, keçmiş aparıcı Rövşən Cahangirovla evlidir və onların 4 uşağı var.