Müğənni Mina Hüseyn sosial şəbəkədə diqqət çəkən paylaşım edib.
Lent.az xəbər verir ki, o, hamıdan gizlətdiyi həyat yoldaşı haqqında açıqlamalarını "Instagram" hesabında paylaşıb.
Belə ki, ifaçı əri barədə iddialara paylaşımında cavab verib:
"Uzun müddətdir haqqımda media yalan-doğru məlumatlar yazır. Düşünürəm ki, bir açıqlama vermək vaxtıdır.
İlk növbədə yoldaşım şuşalıdır, Xan qızı görkəmli şairəmiz Xurşudbanu Natəvanın nəslindəndir. Qısacası, azərbaycanlıdır! Mən də ziyalı nəslin nümayəndəsiyəm. Ailəmizdə bir neçə xalq artistləri, əməkdar artistlərimiz var və nə həyat yoldaşım, nə də mən tanışlığımızdan öncə ailəli olmamışıq. Bu bizim ilk qanuni evliliyimizdir.
Çox xahiş edirəm, əziz media "peşəkarları", dəqiqləşdirmədiyiniz yalan informasiyaları haqqımızda yaymayın! O ki qaldı ana olacağıma, bu məlumat da yanlışdır".
Qeyd edək ki, Mina Hüseyn bu ilin mart ayında ailə həyatı qurub.