Mina Hüseyn boşanmasından DANIŞDI:  "ancaq vaxtımı alır"
15 oktyabr 2022 09:45 (UTC +04:00)

Mina Hüseyn boşanmasından DANIŞDI: "ancaq vaxtımı alır"

Mina Hüseyn boşanma xəbərlərinə aydınlıq gətirib.

Lent.az xəbər verir ki, o, həyat yoldaşının onun haqqında ittihamlarının qarşısında xeyli susandan sonra sosial şəbəkə hesabında bu barədə ilk dəfə paylaşım edib.

İfaçı həyat yoldaşının sözlərini təkzib edərək deyib ki, boşanma qərarını ilk özü verib:

“Mən ailəmin dağılmasını istəmirdim, ana olmaq istəyirdim. Nikah günümüzdə dedi ki, “Instagram”ı bağlayıb, sənətdən uzaqlaşacaqsan. Mən də həmişə deyirdim ki, sənətdən gedərəm, amma həyat yoldaşım bunun müqabilində dəstək olsun. 

Hər qadın istəyər, onun həyat yoldaşının maşını, evi olsun ki, uşağı orada qeydiyyatdan keçirsin. O insan mənə dedi ki, üç evim var, “sənin heç nəyə ehtiyacın olmayacaq, hər şeyi təmin edəcəm, amma sənəti atacaqsan”. Mən də razılaşdım, hər qadın kimi yaxşı olmağını istəyirdim. Sonra gördüm ki, bu insan məni aydan-aya aldadır. Biz üç ay kirayə qaldıq. Deyirdim, instaqramımı açaq, işimlə məşğul olum, sən nəzarət et. Hara istəsən, gedək-gələk. Mən yalansız, sağlam ailə qurmaq istəyirdim. Səhv anlamasınlar, var-dövlət hayında deyiləm. O insan məni aldatdı, sonda da dedi ki, hər şeyi yalan demişəm: “Nə evim var, nə də sənə baxacaq pulum”. 

Söylədi ki, vətəndaşlıqdan çıx, gedək Fransada yaşayaq, orada taksi sürüm. Baxdım ki, mən oyunun içinə düşmüşəm. Özümü qurtara bilmirəm. Yenə də həmin yalanları da görməzdən gəldim ki, ailəmi dağıtmayım. Gördüm ki, uçuruma gedirəm. 

Onunla bir yerdə qalmağım mümkün deyildi. Oktyabrın 9-u evdən köçdüm ki, bu insanla yaşaya bilmərəm, mənim ancaq vaxtımı alır. Hətta özümə iki vəkil tutdum, boşanmağa sənəd vermişəm. Evliliyimiz müddətində ortada olmayan insan, boşanmağımızı açıqlayır. Ona görə ki, mən onun şəklini paylaşmışam. Sən mənim həyat yoldaşımsan. Mən də tanınmış insanam. Özün məni seçmisən, əlimdən tutub nikaha aparmısan, ailə qurmusan. Niyə səni paylaşmayım? Çünki biri yazır ki, 50 yaşı var, o biri deyil kiminsə əridi. Mən subay oğlana ərə getmişəm, niyə gizlədim?! 

Biz tanış olanda ilk xalası yazmışdı ki, Sərxanın səndən xoşu gəlir, evlənmək istəyir. Əmisi oğlu nikahda idi, hətta imza atmışdı. Anası ilə qardaşı etiraz edirdi evlənməyimizə, amma öz oğlundan xəbəri yox idi ki, necə yalançıdır. 

Mənə deyirdi ki, gözəllik salonuna getmə, anam evdə oturub, sən də elə ol. Mən də deyirdim ki, xanım deyiləm, salona gedə bilmərəm? Deyirdi, ancaq ev işləri ilə məşğul olmalısan, mən də gəzəcəm. 

Bu altı ayda iki dəfə Türkiyəyə getdik. Orada da “burnumdan gəldi”. Yolda yeriyəndə deyirdi, oradan getmə, qoluma gir və s. Hətta, biz psixoloqa getmişdik. Dedim, bəlkə səndə problemlər var, o, kömək edər. Psixoloqa danışdım, dedi ki, xanım, siz bu yalanlarla hələ də davam etmək istəyirsiniz? İnandığım üçün peşmanam. Birinci bəxtim belə gətirdi, buna layiq deyildim. Yazırlar ki, açıq geyinirdi və s. Amma mən səhnədə göründüyüm kimi deyiləm”.

Daha sonra, Mina digər paylaşımında yeni açıqlama verib: 

“Bəli, biz 9 oktyabrda boşanma qərarı verdik, amma bildiyimiz kimi vəkilə müraciətdən sonra belə minimum 1 ay ərzində cütlük ər-arvad hesab olunur və həmin 1 ay ərzində min cür dönüşlər baş verə bilir. Hələ ki, mən onun keçmiş yox, real həyat yoldaşı hesab olunuram və həyat yoldaşımın şəklini paylaşanda xüsusi icazəyə gərək olduğunu bilmirdim. Nə vaxtsa, bir gün bir-birimiz üçün keçmişdə qalsaq belə, 6 ay evlilik müddətimizi tarixdən nə o, nə də mən silə bilmərik. Amma adam boşananda da mərdi-mərdanə boşanar, elan verməz. Bu da həyatımda çox pis təcrübələrdən biri oldu və ümid edirəm ki, bundan sonra bir daha şəxsi həyatımla suallar ünvanlanmaz. Bu qədər imiş, bitdi”. 

Bundan başqa, müğənninin paylaşdığı fotoda “N” yazılmış boyunbağını taxması diqqətdən yayınmayıb.

Qeyd edək ki, Mina Hüseyn və Sərxan Həsənov bir neçə ay əvvəl evləniblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7113
avatar

Nigar Namiq

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07