Meyxanaçı Kərimin oğlu Naziləni...
13 dekabr 2021 15:08 (UTC +04:00)

Meyxanaçı Kərimin oğlu Naziləni...

Meyxanaçı Ağakərimin oğlu Kamil Novruzov şairə Nazilə Səfərli barədə polisə verdiyi şikayəti geri çəkib.

Lent.az-ın məlumatına görə, meyxanaçının oğlu “Həmin Zaur” verilişində danışıb:
"Əvvəl fikir vermədim, amma sonra gördüm ki, telefon susmur. Bağımızı satdıq, amma onun dediyi kimi 150 min manat fantastik qiymətə yox. Hamıdan xahiş etmişəm ki, gəlməzdən 2-3 saat əvvəl bizə xəbər verin. Atam hər zaman deyirdi ki, biri qapını döyməzdən əvvəl gör ona lazımsan, ya yox. Bəlkə səni görmək istəmir. Ona da bildirdim ki, evdə yoxam, 2 saat əvvəldən xəbər etsinlər. Bizim adətimiz var, evdə kişi yoxdursa, qadın qapını açmır. Onun dediyi ittihamlara görə polisə verdim".

Sonra verilişə N.Səfərli zəng edib, tərəflər barışıblar. Kamil N.Səfərlidən polisə etdiyi şikayəti geri çəkəcəyini deyib. 

Qeyd edək ki, Nazilə Kamilin ünvanına tənqidlər səsləndirib və onu atasına psixotrop iynələr vurmaqda ittiham edib. Bu qalmaqala səbəb isə Nazilənin Ağakərimə baş çəkmək üçün evinə getməsi və ailəsinin onu içəri buraxmaması olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6384
avatar

Oxşar yazılar