Mətanətdən aparıcılara  TƏNQİD:   "Musiqidən xəbərsizdirlər" - VİDEO
27 oktyabr 2022 18:54 (UTC +04:00)

Mətanətdən aparıcılara TƏNQİD: "Musiqidən xəbərsizdirlər" - VİDEO

Müğənni Mətanət Əsədova bəzi aparıcıları tənqid edib.

Lent.az xəbər verir ki, o, çoxdandır efirlərdən uzaq olsa da, dünən "Xəzər axşamı" verilişində qonaq olub. O, deyib ki, bəzi aparıcılar oxuya bilməyənləri oxutdurur:

"Ümumiyyətlə, televiziyadan uzaq durmuşam. Deyim nəyə görə? Veriliş aparıcının evidir. Elə aparıcı var ki, musiqidən xəbərsizdir. Amma adı aparıcıdır. Aparıcı hər şeyi bilməlidir. Anlamalısan, ona nə sual verəcəksən. Qonağın Mətanətdirsə, onu oxut, sual vermə. Reytinq bununla olacaq. Baxıram ki, sual verirlər, mən də çəkilirəm kənara. Baxıram ki, oxuya bilməyəni oxutdururlar, oxuya bilənə isə sual verirlər".

Daha ətraflı videoda:

Mətanət Əsədova bəzi aparıcıları tənqid etdi

# 3042
avatar

Nigar Namiq

Oxşar yazılar