Əməkdar artist Mətanət İsgəndərliyə ağır itki üz verib.
Lent.az xəbər verir ki, müğənninin atası Məhəmmədəli dünyasını dəyişib. Bu barədə ifaçının özü açıqlama yayıb:
"Bir ala gözlü, şirin sözlü, nur üzlü bir ata itirmişəm. Elinə, obasına, balalarına son nəfəsinəcən sadiq qalan, balaları üçün canını verən bir ATA…. Mənim dərdimi atasını itirənlər anlayar...Dünyada ən böyük arxamı, dayağımı, atamı itirdim. İndi hardan tapacam səni, ay atam? Özüm övladlarıma həm atayam, həm ana, amma nə olsun ki, yaşımın bu çağında məni sən yetim qoydun. Yerini kimsə doldurmaz, üzümü güldürənim, məni həlim dindirənim... Allah bütün dünyadan köçən atalara rəhmət etsin, mənim atam da onların içində… Ruhun şad olsun əziz atam. Yatdığın torpağa qurban olum. Heç səndən doymadım".