Reper Snup Doqq və iş adamı Marta Stüart
17 sentyabr 2021 07:43 (UTC +04:00)

Reper Snup Doqq və iş adamı Marta Stüart

Məşhur reper kulinariya verilişinin aparıcısı olacaq

Reper Snup Doqq və iş adamı Marta Stüart “Snup və Martanın çox dadlı Hellouini” adlı şou proqramına aparıcılıq edəcək.

Lent.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Şounun ilk mövsümündə peşəkar çörəkçilər iştirak edəcək. Onlar hər biri 3 nəfərdən ibarət olan komandalara bölünəcəklər. Şounun müəllifləri qeyd edir ki, qələbə üçün iştirakçılar “dəhşətli yeməklər” hazırlayacaqlar. Snup Doq və Marta Stüart kulinariya məhsullarını qiymətləndirəcəklər.

“Böyük şokolad hörümçəklərini və ya şəkərli pambıqdan hazırlanmış hörümçək torlarını təsəvvür edin”, - deyə layihənin anonsunda qeyd olunur.

Şou oktyabrın 14-də “Peacock” vasitəsilə yayımlanacaq.

# 2463
avatar

Oxşar yazılar