Türkiyəli məşhur müğənni Özcan Denizin məhkəmə prosesi başa çatıb.
Lent.az yerli mediaya istinadən bildirir ki, keçirilən prosesdə Ö.Deniz boşandığı arvadı Feyza Aktana qarşı qaldırdığı iddianı uduzub.
Belə ki, o, 3 yaşlı oğlunun özündə qalmasını istəyib. Lakin məhkəmənin hökmü ilə uşaq anasında qalıb.
Qeyd edək ki, Ö. Deniz Feyza Aktandan 2019-cu ildə boşanıb. Sözügedən iddia ilə bağlı məhkəmə prosesi isə 1 ildən artıq davam edib.
Özcan Deniz