72 yaşlı rusiyalı müğənni və bəstəkar Valeri Leontyevin ümumi dəyəri təxminən 500 min rubl olan alt paltarı oğurlanıb.
Lent.az-ın Rusiya mediasına istinadla bildirir ki, hadisə barədə NTV kanalının “Sən inanmayacaqsan!” verilişində jurnalistlərinə məlum olub. Növbəti buraxılışla bağlı anons verilişin “Instagram”sosial şəbəkəsindəki rəsmi hesabında dərc olunub. Hadisənin təfərrüatları barədə heç bir məlumat verilmir.
Jurnalistlər Valeri Yakovleviçin özündən baş verənlərə münasibət bildirməyi xahiş ediblər. Görünür, o, oğurluğa fəlsəfi yanaşıb və namərdcəsinə törədilən cinayət onun yeni il əhvalına təsir etməyib.
“Heç bir şeyi oğurlanmayan məşhur sənətçi kimdir? - Leontyev fəlsəfi qeyd edib.