Türkiyənin məşhur müğənnisi Hadise UNİCEF Türkiyənin uşaq haqlarının müdafiəçisi seçilib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu barədə təşkilatın "Instagram" hesabında məlumat verilib. Paylaşımda Hadisenin dilindən deyilir:
"Türkiyədə hər uşağın tam təhsil, sosial qorunma, mədəni və idman fəaliyyətlərinə yiyələnmək və onlara tam dəstək vermək üçün çalışacağıq".
Bildirilir ki, 1 il ərzində uşaq əməyinin istismarı və azyaşlılara yönəlmiş zorakılığın dayandırılması barədə atılacaq addımlarda sənətçi ictimai fiqur rolunu oynayacaq.
Qeyd edək ki, Hadise təşkilatın Türkiyədəki təmsilçisi Regina De Dominics ilə ötən gün rəsmi sənəd imzalayıblar.