Məşhur müğənni sənətə gəlməyinin 50 illiyini belə qeyd etdi -  FOTO
23 avqust 2022 19:03 (UTC +04:00)

Məşhur müğənni sənətə gəlməyinin 50 illiyini belə qeyd etdi - FOTO

Türkiyənin məşhur müğənni və bəstəkarı, dünyanın ən önəmli səs sənətçisi Selda Bağcan sənətə gəlməyinin 50 illiyini sevənləri ilə birlikdə keçirib.

Lent.az xəbər verir ki, sənətçi səhnədə tamaşaçıların qarşısında ən sevilən mahnılarını ifa edib. Açıq havada konsertini başa vurduqdan sonra heyranları onu ayaq üstündə alqışlayıb.

Bundan sonra onun sənətə gəlməyinin 50 illiyini qeyd etmək üçün səhnəyə gətirilən tortun üzərindəki yanan şamları üfürüb. İfaçı "Mən bir insan kimi təvazökaram, amma sənətimdə yox!" deyib.

Qeyd edək ki, 73 yaşlı Selda Bağcan "Adaletin bu mu dünya", "Gesi bağları", "Çemberimde gül oya", "Aldırma gönül, aldırma" kimi bir çox mahnıların həm bəstəkarı, həm də ifaçısı kimi tanınır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3063
avatar

Nigar Namiq

Oxşar yazılar