Rusiyalı müğənni Maksim Nijni Novqoroddakı konsertini başqa vaxta keçirmək məcburiyyətində qalıb.
Lent.az xəbər verir ki, sənətçi bu qərarını səhhəti ilə əlaqələndirib.
İfaçı pərəstişkarlarından üzr istəyib və söz verib ki, konsert mütləq başqa vaxtda baş tutacaq.
“Təəssüf ki, bu gün Nijni Novqoroddakı konsert səhhətimə görə baş tutmayacaq. Konsertin yeni tarixi barədə bir az sonra məlumat verəcəyəm. Alınan bütün biletlər yeni tarix üçün etibarlı olacaq. Mən narahatlığa görə üzr istəyirəm”, - deyə Maksim yazıb.
Pərəstişkarları müğənninin tezliklə sağalmasını arzulayıb.
Hətta bəziləri sənətçiyə gül və şirniyyat göndərib.
Xatırladaq ki, 39 yaşlı sənətçinin koronavirusun yaratdığı ağır xəstəlikdən sonra səhnəyə qayıtmasından bir ildən az vaxt keçib.
Ötən il iyunun ortalarında müğənni qəfildən özünü pis hiss etsə də son vaxtlara qədər konsertlərini ləğv etməmişdi.