Məşhur müğənni insult keçirtdi - FOTO
11 iyun 2022 14:46 (UTC +04:00)

Məşhur müğənni insult keçirtdi - FOTO

Kanadalı 28 yaşlı müğənni Castin Biber "Hunter" sindromu (Herpes zoster virusunun səbəb olduğu periferik tip üz iflici) səbəbi ilə insult keçirib.

Lent.az xəbər verir ki, sənətçi bu barədə məlumatı sosial şəbəkədə video paylaşaraq verib.

Biber üzünün sağ nahiyəsində sinirlərin fəaliyyətinin dayandığını və artıq müalicəyə başladığını bildirib. Görüntülərdə mimikalarını göstərən müğənni üzünün sağ tərəfini hərəkət etdirə bilmədiyini nümayiş etdirib.

O, bu səbəbdən konsertlərini də təxirə saldığını qeyd edib.

Qeyd edək ki, müğənninin həyat yoldaşı Heyli Biber də mikroinsult keçirdiyi üçün ürəyindən əməliyyat olunmuşdu.

(axşam.az)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4179
avatar

Oxşar yazılar