Estetik əməliyyatları ilə gündəmdən düşməyən 59 yaşlı Seda Sayan sürətli çəki itirməsi ilə yenidən adından söz etdirib.
Lent.az xəbər verir ki, bu dəfə müğənninin sosial şəbəkələrdə yayılmış şəkilləri gündəm yaradıb.
Belə ki, Seda Sayanın yeni görkəmi birmənalı qarşılanmayıb. Bəzi izləyicilər onun yeni görünüşünü sevsə də, əksəriyyət tərəfindən bəyənilməyib.
Qeyd edək ki, müğənni xüsusi olaraq buzla yağ əritmə proseduru ilə özünü 31 sm incəldib.
Onu da xatırladaq ki, ifaçı keçən ay özündən 25 yaş kiçik sevgilisi ilə nikah masasına oturub.