Türkiyənin məşhur müğənnisi Sərdar Ortaç malikanəsini satışa çıxarıb.
Lent.az xəbər verir ki, İstanbuldakı evini satmasına səbəb borclarını birdəfəlik bağlamaqdır.
Müğənninin müşahidə kameraları ilə təchiz olunmuş, 850 kvadrat metrlik, 4-ü qonaq otağı olmaqla səkkiz otaqlı, eyvanlı və terraslı xüsusi dizaynlı evi 4 milyon 500 min türk lirəsinə satmaq istədiyi deyilir.
Qeyd edək ki, bu, Sərdarın sonuncu evidir. O, borclarının hamısını ödədiyini desə də, yenə də qeyri-müəyyən borcunun qaldığı iddia olunur.