Dünya şöhrətli ulduz Nicole Riçi
22 sentyabr 2021 16:35 (UTC +04:00)

Dünya şöhrətli ulduz Nicole Riçi

Məşhur müğənni ad günündə özünü yandırdı - FOTO

Dünya şöhrətli ulduz Nikol Riçi doğum gününü sevdikləri ilə birlikdə qeyd edərkən uğursuz hadisə ilə üzləşib.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, tortun üzərindəki şamları söndürmək üçün əyilən məşhurun saçları alovlanıb. O qısa müddətli panikadan sonra saçlarını xilas edib.

2000-ci illərin ilk yarısında çılğın həyatı ilə gündəmdə olan və evlənib uşaq sahibi olduqdan sonra sakit həyatına davam edən Nikol Riçi, 40 yaşını qeyd edərkən yaşadığı bu hadisənin görüntülərini sosial media hesabında yayımlayıb.

Məşhur müğənni həmin anları 5,2 milyon izləyicisi olan “Instagram” hesabında da paylaşıb. İfaçının bu paylaşımına qısa müddətdə 1,5 milyona yaxın baxış gəlib.

# 5484
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar