Türkiyəli müğənni Safiye Soyman həmkarı Seda Sayanın ABŞ-ın Mayami şəhərindəki evində olub.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, müğənni Safiye Sayman tətil əsnasında həmkarının evini və ətrafı təsvir edib. O, bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb:
“Bir illik dincəlirəm. İnşAllah geri qayıdarkən Türkiyədə səhnələr üzümüzə açıq olar. Burada sevgili Sayanın 10 ildir gələ bilmədiyim evindəyəm. 32 mərtəbəli bina, bir tərəfi okean, bir tərəfi göl ilə əhatələnib”.
Qeyd edək ki, Türkiyənin zəngin adamlarından olan Seda Sayan bir müddət öncə 4 milyon dollara Böyükdərə Boğaz yaxınlığında villa almışdı. Məlumata əsasən, bu sənətçinin İstanbulda 30 mənzili, Bodrumda 3 villası, Mayami və Londonda evləri var.