Məşhur cütlük medianı çaş-baş saldı – Nə baş verir?
09 iyun 2023 10:39 (UTC +04:00)

Məşhur cütlük medianı çaş-baş saldı – Nə baş verir?

Türkiyəli gənc aktyorlar Hafsanur Sancaktutan və Deniz Can Aktaş uzun ayrılıqdan sonra yenidən barışıblar.

 Lent.az-ın türk mediasına istinadən xəbərinə görə, bu onların ilk küsüb-barışması deyil. Cütlük barəsində demək olar ki, hər ay eyni şəkildə xəbərlər yayılınca maqazin proqramlarının müxbirləri “nə baş verir, onlar bizi aldadırlar ya özlərini?” şəklində suallar yağmağa başlayıb.
Deyilənə görə, son dəfə tərəflər Denizin Hafsanuru erotik səhnələrdə çəkildiyinə görə qısqanması səbəbilə ayrılmışdılar. 

Psixoloqların fikrincə, cütlüklərin bu qədər çox ayrılıb barışmasının əsasında əslində bir-birlərindən yara bandı kimi istifadə etmək istəkləri dayanır.Yəni, gedirlər, başqaları ilə münasibət qururlar, alınmayınca köhnə sevgili eyni limanda oturub gözləyirsə, qarşı tərəf müvəqqəti olaraq onda təsəlli tapır. Sonra hər şey yenidən təkrarlanır.


1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2292
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar