Məşhur aktyor Çağatay Ulusoy sevgilisi Duygu Sarışın ilə ilin-günün bu vaxtı istirahətə yollanıb.
Lent.az xəbər verir ki, buna səbəb 32 yaşlı aktyorun yay boyunca film çəkilişlərinə xeyli vaxt ayırmasıdır.
Çağatay öz yaxtası və Duygu ilə birlikdə Ege dənizinə yollanıb. Bərabər tətilin dadını çıxaran cütlük kameralara düşüb.
Qeyd edək ki, "Delibal", "Kağıttan hayatlar" və digər filmlərdə, "Adını Feriha koydum", "Medcezir" kimi seriallara çəkilərək populyarlaşan Çağatay Ulusoyun yer aldığı növbəti filmi "Terzi" tezliklə "Netflix" platformasında yayımlanacaq.