"Yeşilçam"ın sevilən aktrisası Fatma Girik 79 yaşında dünyasını dəyişib.
Lent.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu barədə Şişli bələdiyyəsinin başçısı Muammər Kəskin sosial şəbəkə hesabından məlumat verib.
Aktrisa uzun müddətdir xəstə idi və müalicə alırdı.
Qeyd edək ki, Fatma Girik 180-dən çox filmdə rol alıb. Sonrakı illərdə siyasətlə məşğul olan aktrisa 1989-1994-cü illərdə Şişli bələdiyyə başçısı işləyib.