Ötən aylarda tezbazar nişanlanan Oğuzhan Koç və Demet Özdemir cütlüyünün 2 gün sonra toyu olacaq.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, məşhur cütlük toy üçün bütün hazırlıqları tamamlayıb. D. Özdemirin toy üçün üç gəlinlik geyinəcəyi məlum olub.
O, toya giriş mərasimində bir gəlinlik, nikah üçün başqa bir gəlinlik və “after party” üçün isə fərqli bir gəlinlik formasında əlbisə geyinəcək.
Toy mərasimi avqustun 26-sı saat 7-də başlayacaq. Nikah mərasimi baş tutandan sonra saat 8-də əyləncəli məclis planlaşdırılır.
Bundan başqa, Demet toydan sonra sərvət dəyərindəki gəlinliklərini ehtiyacı olanlara bağışlayacağını deyib.
Qeyd edək ki, aktyor Oğuzhan Koçla iyun ayında nişanlanan aktrisa Demet Özdemir keçən ay koronavirusa yoluxduğu üçün toy hazırlıqları dayanmışdı.