Böyük Britaniyadan olan aktrisa Helen Mirren Los-Ancelesdəki evini 17 milyon dollara satışa çıxarıb.
Lent.az xəbər verir ki, Helen Mirren və əri, rejissor Teylor Hekford ABŞ-dakı evlərindən qurtulmaq qərarına gəliblər.
Malikanə 1911-ci ildə tikilib.
2,6 hektar ərazidə iki yaşayış binası - əsas və qonaq evi mövcuddur.
Evdə səkkiz yataq otağı və on bir vanna otağı var.
Ərazidə yaşayış binalarından əlavə bağ, hovuz, beş avtomobil üçün qaraj və geniş terras da var.