“Aşk Mantıq İntikam” serialında baş rolu canlandıran Burcu Özberk serial finala çıxanda istirahət etmək üçün layihələrə ara vermişdi.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, gözəl aktrisa indi ekrana qayıtmağa hazırlaşır.
Özberk "Kanal D"də nümayiş olunacaq "Kraliçe" serialı üçün təklifi qəbul edib. Özberk, Mednova şirkətinin təşkilatçılığı ilə ərsəyə gələn "Queen Sugar" serialından ilhamlanan layihəyə "hə" dedi. Baş rolda gözəl aktrisanın portnyoru Gökhan Alkan olacaq.