Həyat yoldaşından ayrılan bloger, Bakı Lift İdarəsinin sabiq baş direktoru Qüdrət Şükürovun qızı Aysel Şükürovanın instagram hesabındakı fotoları müzakirələrə səbəb olub.
Lent.az xəbər verir ki, bloger rəsmən boşandığı ikinci həyat yoldaşı Oqtay Əhmədovla barışıb. O eks həyat yoldaşı ilə birgə olan fotosuna “O qədər dediniz ki, şəkil paylaş, mən də paylaşdım” – deyə şərh yazıb.
Qeyd edək ki, Aysel Şükürova ilə Oqtay Əhmədov 400 minlik toyları ilə gündəmdə idilər. Cütlüyün əkiz övladları var. Bloger həyat yoldaşının ona xəyanət etdiyi iddiası ilə boşanmışdı.