Lalə Məmmədova qızı haqqında:  "Bu, onun seçimidir"
25 yanvar 2022 16:16 (UTC +04:00)

Lalə Məmmədova qızı haqqında: "Bu, onun seçimidir"

"Qadın məcburiyyətdən güclü olur. Yoxsa, hansı qadın istəyər ki, güclü olsun".

Lent.az-ın məlumatına görə, bu sözləri Əməkdar artist Lalə Məmmədova sosial şəbəkədə yazıb. Müğənni izləyicilərinin ona ünvanlandığı sualları cavablandırıb.

Məmmədova "Güclü olmağı necə bacarırsınız" sualına heç bir qadının bunu arzulamadığı cavabını verib.

İfaçı "Qızınızla stiliniz çox fərqlidir" sualına isə "Bilirəm. Ancaq heç nə edə bilmirəm, bu, onun seçimidir. Hörmətlə yanaşmalıyıq. Zamanla hər şey öz axarına düşəcək" reaksiyasını verib.

Son vaxtlar xeyli arıqlayan Lalə bunu pəhriz və üzgüçülük sayəsində etdiyini vurğulayıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4821
avatar

Yalçın UĞUR

Oxşar yazılar