Son vaxtlar reytinq rekordları qıran “Kızılcık Şerbet”i serialı ilə tanınan aktyor Doğukan Güngör sevgilisi ilə görüntülənib.
Lent.az xəbər verir ki, Bodrum sahillərində obyektivlərə tuş gələn Güngörün sevgilisi ilə səmimi fotoları yayılıb.
Sosial şəbəkələrdə qızın kim olması müzakirələri aparılsa da, hələlik onun kimliyi bilinmir.
Qeyd edək ki, aktyorun serialda baş rolu paylaşdığı Sıla Türkoğlu ilə birlikdə olduğu deyilirdi. Daha sonra bu iddialar təkzib edildi. Hazırda Türkoğlu həmkarı Alp Novruzla birlikdədir.