Aktrisa Esra Dermancıoğlu
09 aprel 2021 13:47 (UTC +04:00)

Aktrisa Esra Dermancıoğlu

"Kişinin xəyanəti mənim üçün problem deyil"

Türkiyəli aktrisa Esra Dermancıoğlu hər kəsi təəccübləndirəcək açıqlama verib. 

Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, “Bir zamanlar Çukurova” serialının ulduzu Esra bildirib ki, həyat yoldaşı ona xəyanət edib: “Biz səyahətə çıxacaqdıq. O gecə ona “mənə xəyanət edirsən?”, - sualını verdim. Cavabı “hə” oldu. Daha sonra xeyli söhbət etdik. Boşandıq və hazırda münasibətlərimiz yaxşıdır. Qızımın atası şirin biridir, amma məndən bezib ki, belə addım atıb.

Bir kişinin xəyanəti mənim üçün problem deyil. Əsla! Bunu ədalət sistemi ilə bağlamıram. Bir kişi və yaxud qadının bir-birini aldatmasını əsla ədalət sistemi ilə əlaqələndirmirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6621
avatar

Yalçın UĞUR

Oxşar yazılar