İtkin düşən 32 yaşlı səyyah-müğənni Lyuk Bell ölü tapılıb.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, musiqiçi avqustun 20-də itkin düşüb.
Məlum olub ki, o, yoxa çıxmazdan əvvəl Amerikanın Arizona ştatını gəzib. Bell bir həftə sonra ölü tapılıb.
İfaçının ölüm səbəbi dəqiq bilinmir. Lakin onun bipolyar pozğunluqdan əziyyət çəkdiyi qeyd edilir.
Qeyd edək ki, 1990-cı ildə Kentukki ştatının Leksinqton şəhərində anadan olan Lyuk Bell karyerası ərzində üç albom buraxıb.