Müğənni İradə İbrahimova imicindəki dəyişikliyi ilə diqqət çəkib.
Lent.az xəbər verir ki, uzun müddətdir qısa, ağ saçlarla görünən ifaçı yeni saçlarının fotosunu sosial şəbəkə hesabında paylaşıb.
Böyük şlyapası, uzun, sarı saçları və ağ, dekolteli əlbisəsi ilə kamera qarşısına keçən İradə paylaşımın altına bu sözləri yazıb:
"Məncə, ən böyük məsuliyyətimiz çalışmaq, işləmək, ərsəyə gətirmək və əvvəlcə özümüzü, sonra da əlimizin vardığı yerləri gözəlləşdirməkdir. Hər şeyin ən gözəli niyyətinin, cəhdinin qarşılığını gözləyən hər kəsin olsun. Ürəyimin tam ortasına toxunan çiçək kimi insanların hamısına da salam olsun".
Qeyd edək ki, İradə İbrahimova Azərbaycandan köçərək, Türkiyədə yaşayır. O, türkiyəli iş adamı ilə ailə qurub, 2 övladı var.