İnsan alverinə görə həbs edilən stilist   AZADLIĞA ÇIXDI
28 dekabr 2021 14:49 (UTC +04:00)

İnsan alverinə görə həbs edilən stilist AZADLIĞA ÇIXDI

Yetkinlik yaşına çatmayan qadınları fahişəliyə cəlb etdiyinə görə həbs edilən “İntuş” ləqəbli məşhur stilist İntizam Yusifov azadlığa çıxıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, bir müddət öncə azadlığa çıxan azərbaycanlı imic ustası bu xəbəri mediadan gizli saxlayıb. Yenidən peşəsini davam etdirən stilist sosial şəbəkədəki səhifələrində də yeni görüntülərini paylaşır.

O paylaşımın birində bu sözləri yazıb: “Allahım sənə çox şükür. Həyatımda yeni səhifə açıram. Artıq bu gündən keçmişdəki İntuş olmayacam. Çünki hər kəsi tanıdım. Özümə yeni ələk almışam. Bir-bir ələmək vaxtıdır”. 

Qeyd edək ki, “İntuş” ləqəbli məşhur stilist İntizam Yusifov 2018-ci ildə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb, 4 il azadlıqdan məhrum edilmişdi. 

# 6669
avatar

Oxşar yazılar