İllər sonra  bir araya   gəldilər -FOTO
05 iyun 2022 06:20 (UTC +04:00)

İllər sonra bir araya gəldilər -FOTO

Türk kinosunun önəmli adlarından olan Kadir İnanır və Türkan Şoray illər sonra bir araya gəlib. 

Lent.az NTV-ə istinadən xəbər verir ki, onlar Əskişəhərdə İmren Erşen Oya Muzeyinin açılışına qatılıb.

Muzeyin açılışında sənətçilərin ən yadda qalan filmiləridən olan “Selvi Boylum Al Yazmalım” ekran əsərinin musiqisi səsləndirilib.

1890-cı ildə tarixi Odunpazarı bölgəsindəki malikanənin bərpasından sonra şəhər muzeyləri arasında yerini alan İmren Erşen Oya Muzeyində rəssamın Türkiyənin hər yerindən və gəzdiyi Balkanlardan topladığı 9 minə yaxın əsər var.

Şoray muzeyin açılışında olmaqdan məmnun olduğunu və bunun onun üçün çox şey ifadə etdiyini dilə gətirib.

Əskişəhərin çox xüsusi bir şəhər olduğunu ifadə edən İnanır, muzeyin ölkənin mədəni həyatında önəmli yerə sahib olacağını düşünür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4173
avatar

Oxşar yazılar