İki arvadı olan Əməkdar artist: "Corabımı geyindirirlər"  - VİDEO
19 noyabr 2021 09:20 (UTC +04:00)

İki arvadı olan Əməkdar artist: "Corabımı geyindirirlər" - VİDEO

Əməkdar artist Rəhman Rəhmanov şəxsi həyatından söz açıb.

Lent.az-ın məlumatına görə, aktyor "Elgizlə izlə" izlə verilişində bildirib ki, corablarını xanımı geyindirir:

"Mənə belə yaxşı baxırlar. Xanım özü sayqı göstərməlidir, deyir, gətir ayağını yuyum. Corabımı da geyindirir".

Verilişdə yer alan ekspert vəkil Şəfiqə Nağıyeva onun fikirlərinə etiraz edib: "Sağlam olduğu halda ərə corab geyindirməyə razı deyiləm. Bu, hörmət əlaməti deyil. Kişi qadına hörmət etməlidir. Arvad qorxur ki, qoyub gedər? Rəhman müəllimə nə var, cavan kişidir. Olmaz".

Elgiz isə aktyorun fikirlərinə dəstək olub:

"Çox qadın var ki, ərlərinə elə sayqı, qayğı göstərirlər. Elə danışıb onları bu fikirdən yayındırmayın. Mənim ayaqqabımı da, corabımı da həyat yoldaşım geyindirir. Hörmət qarşılıqlıdır. Kişi səhərdən axşama kimi qaçanda, bazarlıq edəndə, uşağın təhsil haqqını ödəyəndə olar? Qadınları ayıldıb, pis yerə yönəltmə. Niyə olmaz ki?" .

Qeyd edək ki, R.Rəhmanovun iki həyat yoldaşı var. 

# 17466
avatar

Yalçın UĞUR

Oxşar yazılar