Türkiyənin məşhur müğənni İbrahim Tatlısəs 70 yaşına çatarkən 5-ci dəfə evlənib. Lent.az bildirir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
İ.Tatlısəs özü evliliyi barədə belə deyib:
"Xoşbəxtəm, Gülçin mənə çox yaxşı baxır. Bu saatdan sonra heç kimə izahat verməyəcəyəm".
Qeyd edək ki, Gülçin Karakaya sənətçidən 43 yaş kiçikdir.
Bəs bu qadın kimdir?
Gülçin Karakayanın 27 yaşı var. Məlumata görə onu İbrahimlə müğənninin keçmiş arvadı Ayşegül Yıldız tanış edib və il yarımdı eşq yaşayırlar.